Prezident İlham Əliyev Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
İlham Əliyev fərman imzaladı
Pravda.az xəbər verir ki, fərmanla “Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi” təsdiq edilib.
Müəyyən edilib ki, Azərbaycan Respublikası Kino Agentliyinin nizamnamə fondu 100 000 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.