“Bu gün Medianın İnkişafı Agentliyinin və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun əməkdaşlığı çərçivəsində jurnalistlər üçün “Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda keçirilən təlimin məqsədi jurnalist peşəsinin əsas prinsiplərini, etika və müəllif hüquqları qaydalarının, ictimaiyyəti düzgün məlumatlandırmaq məsuliyyətinin vacibliyini çatdırmaqdır. Əlində smartfon olan hər kəs sosial şəbəkədə özünü jurnalist kimi aparır. Əsl jurnalistin sosial şəbəkədə də peşə məsuliyyətinin olması önəmlidir. Jurnalistin öhdəliyi peşə etikasına əməl etməkdir”.
Pravda.az-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib.