Nəqliyyat sahəsi çox mühüm, xüsusi sahədir. Əminik ki, birgə infrastruktur-logistika layihələri bütün əməkdaşlıq kompleksinin genişləndirilməsi üçün yeni drayver olacaq.
Mişustin: Şimal-Cənub Dəhlizi ilə daşımaların həcmini artırmaq niyyətindəyik
Pravda.az xəbər verir ki, bunu Prezident İlham Əliyevlə geniş tərkibdə görüş zamanı Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin deyib.
“Burada Qərb marşrutunu – Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini ayrıca qeyd etmək istərdim. Biz 2030-cu ilə qədər bu dəhlizlə daşımaların həcmini artıraraq ildə 15 milyon tona çatdırmaq niyyətindəyik”, - Baş nazir vurğulayıb.