Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti 2022-ci il noyabrın 20-də Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Astana şəhərinə səfər edib.
MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən verilən məlumata görə, Azərbaycan Mərkəzi Seçki Komissiyası nümayəndə heyətinin qarşıdan gələn növbədənkənar prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirakı Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən gerçəkləşdirilir.