“Prezident İlham Əliyev Avropa İttifaqının nümayəndə heyəti ilə görüşdə bildirdi ki, Moskvanın Xankəndidə yerləşdirdiyi Ruben Vardanyanla görüşülməyəcək, çünki o Qarabağ ermənilərini təmsil etmir. Ruben Vardanyan dərhal cavab verdi və dedi ki, İlham Əliyevin Qarabağ erməniləri ilə görüşmək istəyini təqdir edir. Vardanyan bununla hiyləgər gediş etmək istəyir. İlham Əliyevin açıqlamasından sonra Azərbaycanın heç bir rəsmisinin onunla görüşməyəcəyini anlayan Vardanyan bunun əvəzinə Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşə biləcək erməni heyəti formalaşdırmaq fikrinə düşə bilər”.
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.