"Binəqədi OYL Kompani" şirkətinin Azərbaycandakı filialı Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsi ilə bağlı yenidən məhkəməyə müraciət edib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət Bakı İnzibati Məhkəməsinə üz tutub.
Belə ki, "Binəqədi OYL Kompani" torpaq münasibətləri üzrə sair mübahisələr barədə tələb irəli sürüb.