Təbii ki, hər bir insanın fərdi xüsusiyyətləri var. Oxuduğumuz kitablar, böyüdüyümüz cəmiyyət, yaşadığımız ailə, hətta dost çevrəsi də xarakterimizi formalaşdıran amillər arasında çox önəmlidir.
Bununla belə, bu yazıda bəhs edəcəyimiz 3 bürc keçmiş sevgililərinə qayıtmaq mövzusunda digərlərindən bir addım öndədir. OLAY astroloqların proqnozlarına istinadən keçmiş partnyorları ilə əlaqəni kəsə bilməyən bürcləri təqdim edir:
Xərçənglər
Emosional şəxsiyyətləri ilə seçilən xərçənglər romantik, həssas və nostaljiyə meyillidirlər. Bu səbəbdən boş olduqları hər an xatirələrə sığınırlar. Yalnız qalmağı sevməyən xərçənglər tək olduqları zaman hiss etdikləri emosional boşluğu doldurmağa çalışırlar. Yeni münasibətlərdə sevgini tanıya bilməmək, güvənsizlik, rahatlıq zonasından çıxmaq istəməmək kimi problemlər nəticəsində xərçənglər üçün keçmiş sevgililəri ilə yenidən görüşmək, yeni birini tanımaqdan daha asan gəlir.