“İsrail dövləti Azərbaycanın Dövlət Müstəqilliyi yaranışının ilk dövründən Azərbaycanın yaxın tərəfdaşı, dostu, dəstəkçisi olub. Azərbaycanın hər zaman regional təhlükəsizliyində və eynilə də 44 günlük Vətən müharibəsində dəstək və yardımçısı olub, haqq səsinə səmimi səs verib. Azərbaycan da təbii ki, dostluğa sadiq olaraq, bir sıra ciddi məsələlərdə İsrailin yanında olub. Demək ki, artıq səfirliklər səviyyəsində bundan sonrakı əlaqə və münasibətlər yeni mərhələdə daha dərin, geniş strateji formada davam edər”
İlqar Altay: “İsrail Azərbaycanın tərəfdaşı, dostu, dəstəkçisi olub”
Pravda.az-ın xəbərinə görə, bunu ekspert İlqar Altay bildirib.
“Bu 30 illik ağır, təlatümlü müstəqillik dövrü və həm Vətən müharibəsində Azərbaycanın artıq dostu, düşməni tanındı. Uyğun da addım atılır. Və indiki qlobal və regional mürəkkəb şəraitdə etibarlı tərəfdaş dost dövlətlərlə birliik vacibdir”, - İ.Altay qeyd edib.