Azərbaycançılıq ideologiyası ölkədə kimliyindən asılı olmayaraq, bütün etnikləri birləşdirir. Bu ideologiya siyasi və dövlətçilik ideologiyası kimi toplumun və dövlətin inkişafına, güclənməsinə xidmət edir. Yalnız milli ideya bütün dünya azərbaycanlılarını bir bayraq altında cəmləyə bilər.
Bu barədə Pravda.az-a danışan Milli Məclisin deputatı Azər Badamov deyib ki, azərbaycançılıq ideologiyasının banisi ümummilli Lider Heydər Əliyevdir.

Deputat vurğulayıb ki, ulu öndər daim azərbaycançılıq ideologiyasının real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub-saxlamaq və möhkəmləndirmək üçün milli dəyər olduğunu bildirirdi: “Bu ideologiya dünyada yaşayan 50 milyondan çox azərbaycanlını birləşdirdi. Ulu öndər xarici səfərlər zamanı o ölkələrdə yaşayan azərbaycanlılarla görüşür və hamının müstəqil dövlətin milli maraqları ətrafında birləşməsi üçün çağırış edirdi. 2001-ci ildə keçirilən Dünya Azərbaycanlıların I Qurultayına dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərmiz dəvət olunmuş və qurultayda ümumilli lider Heydər Əliyev dünay azərbaycanlıları qarşısında vəzifələr qoyub. Bu vəzifələr dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı məsələləri özündə ehtiva edib. Dünyada yaşayan azərbaycanlılarla koordinasiya olunmuş fəaliyyəti təmin etmək və bu sahədə dövlət siyasətini həyata keçirmək üçün ümummilli lider Heydər Əliyev qurultaydan sonra 2002-ci ildə “Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə” fərman imzaladı. Əsasını ulu öndərin qoyduğu azərbaycançılıq ideologiyası dünyada yaşayan soydaşlarımız arasında milli həmrəylik və birlik yaratmış, haqq səsimizin dünyaya çatdırılmasında fəal fəaliyyət həyata keçirib. Milli birlik və həmrəylik 44 günlük Vətən müharibəsində qələbəyə nail olmağımızda əsas rol oynadı. Bu gün dünyanın harasında yaşamasından asıllı olmayaraq, hər bir azərbaycanlının qürur mənbəyi və milli iftixar yeri olan bir Vətəni var. 2023-cü ilin “Heydər Əliyev İli” elan olması ürəyi vətənlə döyünən hər bir azərbaycanlının sevincinə səbəb olub. “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə və dünyanın müxtəlif guşələrində tədbirlər keçiriləcək və ulu öndərin ideologiyası bir daha dərindən öyrəniləcək. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dünyada yaşayan bütün soydaşlarımız ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşəcək və gələcəkdə də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmlənməsində böyük işlər görüləcək”.
Milli Məclisin deputatı Müşfiq Cəfərov da bildirib ki, 1990-cı illərdə Azərbaycanı düşdüyü girdabdan çıxaran ümummilli lider Heydər Əliyev cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının, milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin əsaslarını irəli sürdü:

