Azərbaycanda qanunvericiliyə əsasən pensiya üçün kişilərdə yaş həddi 65, qadınlarda 63 yaşdır. Bəzi şəxslər bu yaş həddinin çox olduğunu deyir və təklif edir ki, onu azaltmaq lazımdır. Amma beynəlxalq praktikaya nəzər yetirdikdə, inkişaf etmiş ölkələrdə yaş həddi bizdəkindən çoxdur. Bununla belə diqqəti əmək pensiyası hüququnu qazanmaq məsələsinə yönəltmək lazımdır.
Pravda.az xəbər verir ki, bu sözləri iqtisadçı Pərviz Heydərov deyib.
Onun fikrincə, ölkə iqtisadiyyatı elə inkişaf səviyyəsinə malik olmalıdır ki, çalışanlar əmək pensiyası hüququnu tez əldə etməyə nail ola bilsinlər: “Yəni bu, iqtisadiyyatın inkişafına bağlıdır. Hər şeyi dövlətdən gözləmək doğru deyil. Dövlət pensiyanı vətəndaşlara nəyin hesabına verir? Vətəndaşlara vaxtı ilə bu və ya digər sahədə çalışdıqları və aldıqları əmək haqlarından əldə etdikləri vergi, sosial ayırmaları hesabına yığılan vəsaitin sayəsində verilir. İndi isə dövlət ona çalışır ki, vətəndaşlarımız çalışdıqları sahədə daha çox əməkhaqqı alsın, nəticədə ondan da daha yüksək sosial ayırmanı alsınlar. Pensiya hüququ çatanda həmin vətəndaşa həmin pensiyanı ödəmək imkanı olsun.