“ABŞ federal prokurorluğu, Demokratlar partiyasının Nyu-Cersi ştatını təmsil edən, senator Bob Menendesin arvadı, erməni əsilli Nadiye Arslanyanı rüşvət alma ittihamı ilə, sorğu-suala tutmağa başlayıb. Menendes, uzun illər ərzində Türkiyə və Azərbaycan əleyhinə, bir çox qərəzli layihələrin təşəbbüskarı, qatı ermənipərəst mövqeyi ilə seçilib. Prokurorluq, rüşvətlə yanaşı, Arslanyanın çoxsaylı qiymətli hədiyyələr aldığı barədə məlumatlara da malikdir. Satqınlığa meylli siyasətçilərin, müxtəlif yollarla ələ alınaraq, erməni diasporasının maraqlarına xidmət etdirilməsi, lobbi təşkilatlarına çevrilməsi, ermənilərin strateji hədəfidir”.
“Türk düşməni” adını qazanmış Bob Menendesin və arvadının gizli fəaliyyətləri ifşa olunacaq
Pravda.az-ın xəbərinə görə, bunu deputat Nəsib Məhəməliyev bildirib.
N.Məhəməliyev hesab edir ki, yaxın zamanlarda bir çox üstüörtülü mətləblərə aydınlıq gətiriləcək, Amerikanın milli maraqlarına zidd siyasətlə məşğul olan, “Türk düşməni” adını qazanmış Bob Menendesin və arvadının gizli fəaliyyətləri ifşa olunacaq və öz layiqli, qanuni cavablarını alacaq”.