Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 20-də Kamboca Krallığına səfərə gəlib.
Pnompen beynəlxalq hava limanında nümayəndə heyətimizi ölkəmizin Kamboca Krallığındakı səfiri Şövqi Mehdizadə, Kamboca Milli Assambleyasının deputatları Ker Çanmoni, Man Navi, Mak Vanstiha, Ti Soxun və digər rəsmi şəxslər qarşılayıblar.