BURADA REKLAMINIZ OLA
BİLƏR

Müşfiq Ələsgərli: “Vilayətinin səsləndirdiyi xoş fikirlər İranın Azərbaycana qarşı sərgilədiyi münasibətlər fonunda qeyri-adi görünür”

“İranın ali rəhbəri Əli Xameneinin xarici siyasət məsələləri üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin Azərbaycan Respublikası və xalqı barədə səsləndirdiyi xoş fikirlər İranın  Azərbaycana qarşı sərgilədiyi  münasibətlər fonunda qeyri-adi görünür”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli bildirib.

 

M.Ələsgərlinin sözlərinə görə, Vilayətinin dediklərindən elə təəssürat yaranır ki, sanki o İranın son davranışlarından xəbərsizdir: “Ya da ictimaiyyətə bəlli olmayan nələrsə baş verib, İran da bu dəyişikliyə uyğun olaraq öz mövqeyini korrektə etmək zorunda qalıb. Dəyişən mövqeyini keçmiş XİN rəhbərinin dilindən ifadə edib. Nə baş verib ki, İran belə mövqe sərgiləmək durumuna düşüb? Yəqin ki, yaxın günlərdə bəlli olacaq”.

 

Tarix: 20 Noyabr 2022, 22:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin