BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiyalarla bağlı daha bir tələb aradan qaldırılır

Azərbaycanda seçkilərdə 2 dəfə iştirak etməyən siyasi partiyaların ləğvinə dair tələb aradan qaldırılır.

 

Bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında əksni tapıb.

 

Layihədə bununla bağlı müddəa əksini tapmayıb.

 

Qanun layihəsinin ilkin versiyasında qeyd edilmişdi ki, Milli Məclisin deputatlarının, Azərbaycan Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıra bilərdi.

Tarix: 21 Noyabr 2022, 11:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin