Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

SOCAR Xaliq Faiqoğlu" şirkətini məhkəməyə verdi

825
Paylaş:
SOCAR Xaliq Faiqoğlu" şirkətini məhkəməyə verdi

"SOCAR Petroleum" QSC "Xaliq Faiqoğlu" MMC ilə bağlı məhkəməyə müraciət edib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə QSC Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki, "SOCAR Petroleum" alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Xatırlatma: “Xaliq Faiqoğlu” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində Faiq Seyidova məxsus olduğu qeyd olunub.

Məlumata görə, "Xaliq Faiqoğlu" şirkətinin faktiki rəhbəri Faiq Seyidovdur. Şirkət rəhbərinin adı mətbuata oğlunun törətdiyi qəza ilə də tanışdır. Faiq Seyidovun oğlu Xaliq Seyidovun Binəqədi rayonu ərazisində törətdiyi qəzanın gizlədilməsi ilə bağlı yazılar dərc edilirdi.

Bundan başqa, Faiq Seyidovla sahibkar Azadxan Xanməmmədovun arasında yaranan mülk davası da geniş müzakirələrə səbəb olmuşdu.

Azad Xanməmmədov 2 min kvadrat metr sahəsi olan obyektləri həm də “Safa Holdinq”in sahibi olan Faiq Seyidova icarəyə verdiyini, pulu ala bilmədiyini deyirdi. Azad Xanməmmədov mühafizəçilərlə holdinqə gedərək ictimai asayişi pozmuşdu. Buna görə də o, və bir neçə mühafizəçi həbs edilmişdi.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər