Azərbaycan Respublikasının Prezident İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının “Yedinaya Rossiya” Partiyasının Ali Şurası Bürosunun üzvü, Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimovu qəbul edib.
Pravda.az xəbər verir ki, qonaq Azərbaycanın son illər əldə etdiyi mühüm nailiyyətlər, uğurlar və Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.