Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Asim Babayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılıb.
İttihama görə, hadisə Abşeron rayonu, Müşviqabad qəsəbəsi, 28 May yaşayış massivində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Asim Babayev sərxoş vəziyyətdə qonşusu Namiq Məmmədovun (şərti) mağazasına gedərək nisyə çörək almaq istəyib. Lakin Namiq ona nisyə çörək verməyib. Buna görə qonşular arasına mübahisə yaranıb. Nəticədə Asim küçədə insanların gözü qarşısında Namiqin sifətinə yumruqla bir dəfə zərbə vuraraq ona xəsarəti yetirib.
Hadisədən sonra Namiq Məmmədov polisə müraciət edib.
Daha sonra Asim Babayev saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham elan edilib.
Kamal Məmmədov