Bildiyiniz kimi, bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi qeyd olunur. Bu münasibətlə Heydər Əliyev mərkəzində Prezident İlham Əliyev, bir sıra ziyalılar, YAP üzvləri, hətta müxalifət partiyalarından nümayəndələrin də iştirakı ilə tədbir keçirilib.
Lakin uzun illərdir bu partiyada təmsil olunan, hətta YAP idarə heyətinin üzvü olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov zaldakı qonaqlar arasında gözə çarpmayıb. Düşünə bilərsiz ki, ümumiyyətlə, Vasif Talıbov bu və ya digər üzrlü səbəbdən tədbirə təşrif buyurmayıb. Amma elə deyil. Talıbov Bakıya, Heydər Əliyev Mərkəzinin qarşısına qədər gəlib, lakin tədbirə buraxılmayıb.