Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Güneyli siyasi şərhçi: “Vilayətinin Azərbaycan haqqında dediyi sözlər dostyana deyil”

1 003
Paylaş:
Güneyli siyasi şərhçi: “Vilayətinin Azərbaycan haqqında dediyi sözlər dostyana deyil”

“İranın Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayətinin son açıqlamasına bir neçə nöqteyi-nəzərdən baxmaq lazımdır. Onun bu açıqlamalarını Azərbaycan Prezidenti, cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə Türk Dünyası və dünya azərbaycanlıları haqqında açıqlamalarından sonra, bəlkə də, İran tərəfindən ən ali səviyyədə cavab kimi görmək lazımdır. Düzdür, bir neçə iranlı deputat bu məsələ ilə bağlı fikirlərini bildirmişdilər. Amma onlar İranın rəsmi mövqeyi deyildi. Əli Əkbər Vilayətinin Azərbaycan haqqında, ümumiyyətlə dünya azərbaycanlıları haqqında açıqladığı sözlərə baxmaq lazımdır. Əvvəla, o, azərbaycanlılara “azəri” deyir. Bu, birinci məsələ... İkincisi, deyir ki, “dünyadakı bütün azərilər iranlıdır və iranlılar “azəri”dir”. Burda Vilayətinin mesajı tamamən açıqdır və azərbaycanlıları, Azərbaycan türklərini bir millət olaraq qəbul etmədiyinin göstəricisidir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Dr, güneyli siyasi şərhçi Kərim Əsgəri deyib.

“Əli Əkbər Vilayətinin sözlərindən görürük ki, İran cənab Prezidentin açıqlamalarına görə əndişə içindədir. Düzdür, cənab İlham Əliyev Səmərqənddə nə İranın, nə də Cənubi Azərbaycanın adını çəkdi. Amma bu, Cənubi azərbaycanlılarda və İran azəbaycanlılarında çox ciddi təsirini qoydu. Bunu xüsusilə sosial mediada görmək mümkündür. Bu da İranı ciddi şəkildə narahat etdi. Doğrudur, İran Azərbaycanı çox təhdid etdi, Azərbaycanın 18 Okyabr – Müstəqilliyin Bərpası Günü ərəfəsində sərhədlərdə hərbi təlimlər keçirdi, Qafanda konsulluq açdı. İran gördü ki, xüsusilə Qarabağın azad edilməsindən sonra Azərbaycanın əli güclənib, güclü dövlətdir. Azərbaycanın İsraildə səfirlik açmaqla bağlı qərarı da İranı narahat etdi. Ehtimal var ki, bütün bunlar İran dövlətinin ali səviyyəli qərarvericilərini “bəlkə, yumşaq bir mesaj verək” qərarına gətirdi. Bu, bəlkə də, qorxmalarından da qaynaqlanır. Cənubi Azərbaycan faktoruna görə, həm də İranda üç aydır ki, etirazlar davam edir. Bu etirazlar da İran dövlətini ciddi şəkildə əndişəyə sürükləyib. Çünki bu dəfə etirazçılar birbaşa rejimin getməsini istəyirlər. Vilayətinin Azərbaycan haqqında sərf etdiyi sözlər heç bir zaman dostyana deyil və dostyana olmayacaq. Birinci və İkinci Qarabağ savaşında İranın Azərbaycan haqqında tutduğu mövqe və Ermənistanın yanında yer alması bizim üçün ən böyük tarixi dərsdir. İran dövləti heç bir zaman Azərbaycana dost olmayıb, bundan sonra da olmayacaq”, - K.Əsgəri bildirib.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər