Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Araz Supermarket" cərimələndi

886
Paylaş:
“Araz Supermarket" cərimələndi

“Araz Supermarket" MMC barəsində cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 544.2-ci (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə) maddəsi ilə inzibati protokol tərtib edilib. 

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Nigar Qədirlinin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər