“Rahatlığın Məkanı” MMC barəsində cərimə protokolu yazılıb.
Bakıda tikinti şirkəti ağacları kəsdiyi üçün cəzalandırıldı
Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci (şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Protokol hakim Nəriman Mehdiyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası noyabrın 30-na təyin edilib.
Qeyd: “Rahatlığın Məkanı” MMC yaşayış komplekslərin tikintisini həyata keçirir.