Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Emsa Food” şirkətinə cərimə protokolu yazıldı

1 015
Paylaş:
“Emsa Food” şirkətinə cərimə protokolu yazıldı

“Emsa Food” MMC barəsində cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cü (Statistik məlumatların verilməsi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib. 

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Nəriman Mehdiyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası noyabrın 24-nə təyin edilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər