Gəncə Ağır Cinayətlər Məhkəməsində piyadanı avtomobillə vurub öldürməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən təqsirləndirilən Hakim Qüdrətovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, hadisə 14 may 2022-ci il tarixdə saat 22:20 radələrində Göygöl rayonu Quşqara kəndinin inzibati ərazisində yerləşən “Osmanlı” un dəyirmanının qarşısından keçən avtomobil yolunda qeydə alınıb.
Hakim Qüdrətov idarə etdiyi “VAZ-21013” markalı minik avtmobili ilə yolu keçməyə çalışan Azər Allahverdiyevi vurub və hadisə yerindən qaçıb. Xəstəxanaya çatdırılan yaralı orada ölüb.
Daha sonra Hakim Qüdrətov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Kamal Məmmədov