Elgiz Əkbər görüntülərə görə tənqid edilməsindən danışdı: “Etsinlər də, məni narahat etmir, heç vecimə də deyil” - VİDEO
1 273
Paylaş:
ARB telekanalının efirində yayımlanan “Elgizlə izlə” verilişində ekspert Şəfiqə Nağıyeva ilə iştirakçı arasında yaşanan qalmaqal geniş müzakirəyə səbəb olub. İştirakçının Ş.Nağıyevaya “həyat yoldaşından niyə boşanmısan?” deməsi eksperti əsəbləşdirib. Mübahisəyə aparıcı Elgiz Əkbər də qarışıb, iştirakçını sərt tənqid edib. Aparıcının görüntüləri sosial şəbəkələrdə paylaşılaraq, ciddi iradla qarşılanıb. Bildirilir ki, Elgiz Əkbər verilişinə gələn iştirakçıları təhqir edir, aşağılayır, etik normalara əməl etmir.
E.Əkbər Pravda.az-a haqqında danışlanlarla bağlı münasibət bildirib.
“Yalandır, atıblar ortaya. Mən kimi təhqir edirəm ki? Boş verin belə şeyləri, hamısı işsiz-gücsüz adamlardır. Əksinə, orda hamıya hörmətlə yanaşılır. Tamaşaçı özü görür. Adam gəlib oturub, yaşına-başına baxmır, yaşlı qadına deyir ki, “sən niyə boşanmısan?” Əslində, özünün tərbiyəsiz olduğu ortaya çıxır. Sən kimsən ki? Bu, çox böyük tərbiyəsizlikdir. Mən də öz təpkimi göstərmişəm, düz də eləmişəm. Mən təpki göstərməsəydim, deyəcəkdilər ki, “Elgizə bax, ağzına su alıb, oturub, heç nə demir”. Adam şikayətçidir, verilişə gəlib, adı da yadımdan çıxıb... Şəfiqə xanım da ekspertdir. Tənqid etsinlər də, bu, məni narahat etmir. Heç vecimə də deyil”, - aparıcı bildirib.