Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Qardaşını arvadının yanında təhqir etdiyi üçün həmyerlisini bıçaqladı

703
Paylaş:
Qardaşını arvadının yanında təhqir etdiyi üçün həmyerlisini bıçaqladı

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Vüsal Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Vüsal Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

İttihama görə, hadisə 23 iyun 2021-ci il tarixdə saat 23 radələrində Samux rayonunun Ağasıbəyli kəndində qeydə alınıb.

Samux rayon sakini, 1987-ci il təvəllüdlü Vüsal Quliyev zərərçəkmiş Rəşad Həsənovla aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı cibindən çıxardığı kustar üsulu bıçaqla onun kürək nahiyyəsinə qəsdən bir dəfə vuraraq xəsarət yetirib.

Məhkəmə iclasında Vüsal Quliyev Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, hadisə günü qardaşı Seymur avtomobili ilə onun yanına gəlib:

“Seymurun dilxor olduğunu hiss etdiyim üçün ondan nə baş verdiyini soruşdum. Qardaşım bildirdi ki, az öncə arvadı ilə avtomobilində olan zaman Rəşad maşını ilə onun avtomobilinin bərabərliyində saxlayıb və onu söyüb. Buna görə də, mobil telefonu ilə Rəşada zəng edib iradlarını bildirib. Sonra Seymur Rəşadın mobil telefonuna zəng edib ona iradlarını bildirdi. Mən də telefonu qardaşımın əlindən alıb Rəşada iradlarını bildirdim. Daha sonra birlikdə kafeyə getdik. Rəşad məni vurdu. Bu zaman cibimdəki bıçağı çıxardaraq ona zərbə endirdim”.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər