“Hardasınız, eşitmirəm səslərinizi, ey liberalistlər və naftalin iyi gələnlər? Messili Argentinanızı dörd arvad saxlayan ərəblər qoltuğuna xoruz verdi göndərdi. Qətər, Ekvadora uduzanda yazanlar hardasız?? Uluyun da! “Ərəb hara, futbol hara” deyənlər Zinəddin Zidan, Kərim Benzema, Məhəmməd Salah - siyahını uzada bilərəm... Vahid Ərəb ölkəsi olsaydı, bu ölkə dünyanın hər baxımından həm də futbolda ən güclülərindən olardı”.
Pravda.az-ın xəbərinə görə, bunu Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli bildirib.
Ə.Məmmədli qeyd edib ki, dünya çempionatları tarixində ən yaxşı qolu Səudiyyə Ərəbistanı futbolçusu 1994-cü il də Belçikanın qapısına vurmuşdu: “1994-ci il də Səudiyyə Ərəbistanı ilk dəfə çempionatda iştirak edirdi və qrupdan “pley-off”a çıxmağı müvəffəq olmuşdu. Hakim nə qədər də uzatsa da, xeyri olmadı, Messiniz “süzülə-süzülə” getdi. Savadlı, təhsilli avropalılar renesansı və indiki inkişafına görə müsəlman ərəblərə borclu olduqlarını ən yüksək səviyyədə qeyd edirlər, siz isə, qınından çıxıb, qınını bəyənməyən meşşanlar, gedin qərblilər qarşısında tualet kağızı olmaqda davam edin mahiyyətiniz budur. Dünyada 3 ölkədən biri olan (digər ikisi Türkiyə və Pakistandır) düşmənimiz Ermənistanla, Azərbaycana görə hələ də diplomatik əlaqə qurmayan, 90-cı illərdə qaçqınlarımıza təmənnasız şəhərciklər tikən qardaş Səudiyyə Ərəbistanını tarixi qələbə ilə təbrik edirəm!”
Kənan