“2023-cü ildə dövlət büdcəsindən Şahdağ Turizm Mərkəzinin xərclərinin bir hissəsinin örtülməsi üçün 12,1 milyon manat ayrılacaq. 2007-2015-ci illərdə bu Kompleksin infrastrukturunun tikintisinə 1.1 milyard manat məbləğində vəsait xərclənib. Bundan başqa 2017-ci ildən başlayaraq adıçəkilən kompleksin xərclərinin bir hissəsinin örtülməsi üçün hər il təxminən 12 milyon manat ayrılır”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Samir Əliyev bildirib.