Şəkidə piyadanın ölümündə təqsirləndirilən Pərviz Xəlilovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Hadisə bu il iyulun 19-da Şəki-Qax avtomobil yolunun 18-ci kilometrliyində, Aşağı Göynük kəndinin ərazisində qeydə alınıb.
Şəki rayonunun Birinci Biləcik kənd sakini, 39 yaşlı Pərviz Xəlilov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə hərəkətdə olarkən Şəki şəhər sakini 57 yaşlı Mehman Hacırəhimovu vurub. Qəza yerinə gələn təcili tibbi yardım heyəti tərəfindən yaralıya ilkin tibbi yardım göstərilərək Şəki Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
M.Hacırəhimov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Daha sonra bu iş üzrə Pərviz Xəlilov cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov