Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Ticarət obyektindəki yanğında günahlandırılan “Azərişıq” ASC-nin əməkdaşına bəraət verildi

708
Paylaş:
Ticarət obyektindəki yanğında günahlandırılan “Azərişıq” ASC-nin əməkdaşına bəraət verildi

Quba Rayon Məhkəməsində “Azərişıq” ASC-in Quba Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Rahim Həsənovun sədrliyi ilə keçirilən prsoesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona bəraət verilib.

Qeyd: 2020-ci il dekabrın 26-da Quba rayonunda yerləşən ticarət obyektində yanğın qeydə alınıb.

Məhkəmə Ekspertizası Mərkəzinin digər rəyinə görə, yanğın nəticəsində sahibkar Mövlud Əliyevə 75 935 manat ziyan dəyib.

FHN istintaqı yekunda bu qərara gəlib ki, “Azərişıq” ASC-in Quba Elektrik Şəbəkəsinin vəzifəli şəxslərinin səhlənkarlığından, yəni xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələrinə görə yanğın baş verib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Daha sonra “Azərişıq” ASC-in Quba Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayev cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər