Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) beynəlxalq və şəhərlərarası sərnişin daşıması ilə məşğul olan sürücülərə müraciət edib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
İcbari fərdi qəza sığortası sərnişin daşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatı və sağlamlığı baxımından olduqca əhəmiyyətlidir. Bu növ sığorta sərnişinə səfər zamanı zərər dəyməsinə görə sığorta təminatının verilməsi məqsədi ilə tətbiq edilir. İndiyə qədər beynəlxaq sərnişin daşıması ilə məşğul olan sahibkarların fərdi qəza sığortası şəhadətnamə vasitəsilə ilə fiziki qaydada yoxlanılırdı. İndi bu yoxlanış elektron informasiya sistemi vastəsi ilə həyata keçiriləcək. Prosesə nəzarəti isə Daxili İşlər Nazirliyi edəcək. Beynəlxalq sərnişindaşıma ilə məşğul olan sahibkarlar bilməlidirlər ki, daşıdıqları sərnişinlərin fərdi qəza sığortası olmadıqda nəqliyyat vasitələri texniki baxışdan keçə bilməyəcək. Ona görə də texniki baxışa gəlməmişdən öncə icbari sığortanın olması vacibdir.