BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan və Serbiya prezidentlərinin müzakirə etdiyi məsələlər açıqlandı

Azərbaycan və Serbiya prezidentlərinin müzakirə etdiyi məsələlər açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda mətbuata bəyanatında bildirib.

 

"Bu gün ikitərəfli formatda bir çox beynəlxalq məsələlərə də toxunduq. Eyni zamanda regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Mənim dostum Aleksandar (Serbiya Prezidenti Aleksandar Vuçiç - red.) dediyi kimi, energetika sahəsindəki əməkdaşlığı müzakirə etdik və bu gün bu müzakirələr davam edəcək. Təbii qaz, elektrik enerjisi sahəsində əməkdaşlıq üçün yeni imkanlar var", - Prezident qeyd edib.

Tarix: 23 Noyabr 2022, 16:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin