Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransanın Azərbaycana yeni təyin olunan səfiri Ann Buayon (Anne Boillon) ilə görüşüb.
Leyla Abdullayeva Fransanın Azərbaycandakı yeni səfiri ilə görüşdü
Pravda.az xəbər verir ki, bu barədə L.Abdullayeva “Twitter”də yazıb.
“Azərbaycana yola düşməzdən əvvəl səfir Ann Buayon ilə səmimi və çox faydalı fikir mübadiləsi apardıq. Səfirə mühüm missiyasında uğurlar arzulayıram”, - o bildirib.