BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Vuçiç: Bizim üçün Prezident İlham Əliyevin sözü yetərlidir, biz onun sözünə inanırıq

Azərbaycan və Prezident İlham Əliyev nəinki bizim üçün, ümumilikdə hamı üçün tamamilə sadiq tərəfdaşlardır.

 

Pravda.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda mətbuat konfransında bildirib.

 

“Müvafiq şəffaf protokollar bir yana, amma əsas bizim üçün İlham Əliyevin sözü yetərlidir. Çünki biz onun sözünə inanırıq. Onun sözü elə onun imzasına bərabərdir. Bizim üçün bu, həqiqətən də, vacib məsələdir”, - Vuçiç vurğulayıb.

 

Serbiya lideri Azərbaycan Prezidenti ilə zəruri məsələləri müzakirə etdiklərini diqqətə çatdırıb: “Gübrə çatışmazlığı məsələləri, həmçinin neft-kimya qurğularının tikintisi və təmiri, hərbi-texniki məsələlər, beynəlxalq səhnədə beynəlxalq məsələlər, eyni zamanda, kənd təsərrüfatı məsələlərini də müzakirə etdik. Əmək və sosial təminat məsələsində isə, iki ölkənin müvafiq nazirliyi arasında saziş imzalanıb və biz bununla bağlı müzakirələrimizi davam etdirəcəyik”.

Tarix: 23 Noyabr 2022, 17:05   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin