BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Bütün təsirlərə cavab verməyə, öz haqqımızı, hüququmuzu qorumağa qadirik”

“Cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin partiyanın təsis edilməsinin 30 illiyi münasibəti ilə keçirilən toplantıda səsləndirdiyi fikirlər sülhün, təhlükəsizliyin, əminamanlığın təmin edilməsi üçün dünyaya bir çağırış, həm də Azərbaycan xalqının haqq-ədalət uğrunda mübarizəsinə kölgə salan, qara yaxan, yeni müharibələrə can atan Ermənistana və onun havadarlarına yeni mesajdır. Azərbaycan Prezidenti bir daha dünyaya bəyan etdi ki, biz sülhün, əminamanlığın tərəfdarıyıq və ulu öndərimiz Heydər Əliyevin siyasətini uğurla həyata keçirir, vəsiyyətlərinə dönmədən əməl edirik”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat cənab Prezident İlham Əliyevin sözlərini xatırladıb: ““Ulu öndərin bütün tapşırıqları, bütün tövsiyyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu”. Ulu öndərimizin ən böyük arzusu, əlbəttə, işğal altında olan torpaqlarımızı azad görmək idi və o, buna dəfələrlə əminliyini ifadə edib. Azərbaycan xalqı, Prezidentimiz bu gün qürurla bildirir və fəxr edir ki, düşmənin başı əzilib, torpaqlarımız bütövdür. Ordumuz, igid əsgər və zabitlərimiz öz güclərini təcavüzkarlara göstəriblər. Güclü ordu yaratmaq Heydər Əliyevin başlıca məqsədi və amalı idi. İndi bu ordu yaradılıb. İlham Əliyev öz çıxışında qürurla bildirdi ki, “Güclü ordu quruculuğu - bu da Ulu Öndərin bizə olan vəsiyyəti idi. Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın gücünü bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır”. Azərbaycan Prezidenti bununla təcavüzkar Ermənistanı, düşməni dəstəkləyən və dövlətimizi gözdən salmağa, qorxutmağa çalışan Fransaya, İrana, bəzi ölkələrə, işğalçının havadarlarına bildirmək istəyir ki, Azərbaycan Ordusu qüvvətlidir, xalq birdir, mübarizdir və biz bütün təsirlərə cavab verməyə, öz haqqımızı, hüququmuzu qorumağa qadirik. Dövlətimizin rəhbərinin tədbirdə səsləndirdiyi fikirlər Azərbaycanın inkişafına, gələcəyinə, xalqımızın xoşbəxtliyinə və milli maraqlarına xidmət edir. Bu, hər birimizin ürəyindəndir və bizi qürurlandırır”.

 

Aytəkin Qardaşova

Tarix: 23 Noyabr 2022, 18:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin