“Təhsil naziri Emin Əmrullayev kommunikasiya və PR sahəsində usta adamdır. Bilir ki, bir söz atıb gedəcək, media 3 gün fasiləsiz araşdırma etmədən tirajlayacaq. Bu gün deyib ki, hazırda ibtidai sinif müəlliminin əmək haqqı hər hansı tədqiqat institutunun direktorunun maaşından çoxdur. Mənə maraqlıdır, hansı tədqiqat institutlaırndan söhbət gedir? Məsələn, media bir neçə institutunun maaş cədvəllərini tapıb informasiyanın səhihliyini özü yoxlaya bilməzmi? Üstəgəl, ibtidai sinif müəllimləri digər orta məktəb müıllimlərindən fərqli məvacib səviyyəsinə malikdir ki, nazir xüsusi vurğunu bu kateqoriyanın üzərinə qoyub”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev bildirib.