“Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınının bugünkü zirvə toplantısında deyib ki, ermənilərin təşkilata ümidi doğrulmayıb, çünki KTMT indiyənə qədər “Azərbaycanın Ermənistana qarşı aqresssiyasına münasibət bildirməyib”. Paşinyan sonrakı cümləsində təşkilatı həm şantaj edib, həm də boynuna minnət qoyub. O birincisi bildirib ki, KTMT-nin passivliyi təşkilatın Ermənisstan daxilindəki imicinə mənfi təsir edib, ikincisi, təşkilat Qazaxıstanın istəyinə müsbət cavab verib bu ölkədə bir neçə gün içərisində qayda-qanun yaradarkən, o biri üzv – Ermənistanın “xahişini” görməzlikdən gəlir. Paşinyanın ilk çıxışındaca təşkilatdan şikayət edəcəyi gözlənilən idi”.
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.