BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azər Həsrət: “İslamın da partiyası olar?”

“İndi ki siyasi partiyalar haqqında qanunun müzakirəsi gedir, bir məsələni də mən deyim. Bilmirəm, bəlkə də qanun layihəsində var. Varsa, əla. Yoxdursa, təklif edərdim ki, dini əsaslarla siyasi partiya qurmaq qəti qadağan edilsin”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bildirib.

 

“Örnək üçün, İslam Partiyası. İslamın da partiyası olar? Bu bir dindir və dünyada hətta milyardları aşan ardıcılları var. Elədirsə, kimin ixtiyarı var ki, islam dini adına partiya qurub ondan özünün siyasi məqsədləri üçün istifadə eləsin? Deməyin ki, Avropada xristian partiyaları var, bizdə niyə olmasın? Avropada hər şeyin mükəmməl olmadığını da qəbul edək nəhayət ki...” – A.Həsrət qeyd edib.

Tarix: 23 Noyabr 2022, 21:00   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin