Ermənistan, sözsüz ki, KTMT-də qalacaq. Bütün çətinliklərə, hər şeyin razılaşdırılmağa nail olunmamasına baxmayaraq Ermənistan KTMT-də qalacaq.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov KTMT sammitinin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.
“Tədbir [KTMT sammiti] bütün mürəkkəbliyinə baxmayaraq, liderlərin çıxışları zamanı hər şeyin razılaşdırılmamasına baxmayaraq bu formatın aktuallığını, KTMT-nin aktuallığını və həyati qabiliyyətini bir daha təsdiqlədi", - deyə Kremlin sözçüsü əlavə edib.