BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“OBA” marketə silahlı basqın edən şəxsdən xəbər var

Bakıda quldurluqda təqsirləndirilən Əfqan İsgəndərovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Bu il mayın 18-i gecə saatlarında Bakının Xətai rayonu ərazisində marketə silahlı basqın olub.

 

Belə ki, Xətai rayonu, R.Məmmədov küçəsində yerləşən “OBA” marketə daxil olan naməlum şəxs bıçaqla satıcı qadına hücum edib. Satıcı G.Məmmədovanı hədələyən şəxs kassadan 700 manat götürərək uzaqlaşıb.

 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Quldurluq əməlində şübhəli bilinən 2000-ci il təvəllüdlü Əfqan İsgəndərov tutularaq istintaqa təhvil verilib.

 

Onun barəsində Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və silah və ya silah qismində əşya tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

Tarix: 24 Noyabr 2022, 08:23   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin