“Siyasi partiyalar haqqında” qanun layihəsi təqdim edilən zaman təməl prinsiplərini, konseptual çərçivəsini tənqid etdik. Hökumət də vəd etdi ki, tənqidlərimizi eşidəcək. Digər partiyalar isə layihənin əsasən bir müddəasını tənqid edirdilər. Bu, partiyanın iki dəfə seçkilərə qatılmamasına görə qeydiyyatın ləğvi məsələsi idi. REAL Partiyasının tənqidləri eşidilmədi, amma “boykotçu”ların tənqid etdikləri müddəa layihədən çıxarıldı”.
Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.