“KTMT-nin sammitinin nəticələri nədənsə mənə bu təşkilatının keçmiş Baş katibi Nikolay Bordyujanı xatırlatdı. Hər tədbirdən sonra kameralar qarşısına keçərək KTMT-nin hər zaman Ermənistanın yanında olacağıyla bağlı vədlər, bizi isə pisləyən bəyanatlar verirdi. Ermənistan cəmiyyəti və siyasətçiləri elə bilirdilər ki, Erməni konyakı və Göyçə gölünün balığının cazibəli gücü onları hər şeydən sığortalaya bilər. Bu da baş vermədi. Beləliklə, Bordyujanın nağılları erməni nağıllar toplusunun bir parçası olaraq tarixin arxivlərində toz yığır”.
Pravda.az-ın xəbərinə görə, bunu politoloq İlqar Vəlizadə bildirib.