BURADA REKLAMINIZ OLA
BİLƏR

Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən şəxs azadlığa buraxıldı

Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən Ziya İbrahimov azadlığa buraxılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat yayıb.

 

O bildirib ki, ittihamda göstərilən hər iki icra vərəqəsi tam icra oldunuğu üçün Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə cinayət işinə xitam verilib və Ziya İbrahimov həbsdən azad edilib.

 

Qeyd: Bu il mayın 19-da Almaniyadan deportasiya edilən Ziya İbrahimlov Bakı hava limanında həbs edilib. Ziya İbrahimova 2019-cü ildən axtarışda olub.

 

Rəsmi məlumata görə, onun barəsində aliment öhdəliyilə bağlı axtarış vardı.

 

Ziya İbrahimova qarşı Cinayət Məcəlləsinin 306.1 (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsilə cinayət işi açılıb. Bu cinayət işi onun keçmiş həyat yoldaşının pul tələbilə bağlıdır.

 

Ziya İbrahimov Azərbaycan Xalq Cəbhəsi Partiyasının Biləsuvar rayonundakı funksionerlərindən biri olub. 2018-ci ildə Almaniyaya mühacirət edib.

 

Kamal Məmmədov

Tarix: 24 Noyabr 2022, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin