BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspert: “Muxtar dövlət respublika” ayırıcıdır mərkəzdənqaçıcı və izafi büdcə xərclidir

Naxçıvana güzəşt kimi verilmiş xüsusi “muxtar”, “dövlət”, “respublika” statusu, buna da uyğun cəmi 250 min əhalisi olan bölgədə bu qədər nazirliklər, komitələr, inzibati aparatların olması oradakı “bəzilərində” nə qədər özündənrazılıq, özünəgüvən, özbaşınalıq hissləri yaradıbmış ki, ilin-günün bu başqarışıq vaxtı Bakı Naxçıvana “əl gəzdirməyə” məcbur olur. Görün, dövlətçilik “qırmızı xətt”ini necə əyləcsiz aşıblarmış. Necə deyırlər, “həddini aşana yer ver, əlinə bel”...

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert İlqar Altay bildirib.

 

Onun sözlərinə görə, bir icra başçısı ilə idarə olunan rayonlar var ki, əhalisi Naxcıvan dövlətininkinə yaxındır: “Ümumiyyətlə, Azərbaycan Respublikası gərgin geosiyasi regionda yerləşməsi, milli-dövlətçilik və əhalisinin xüsusiyyətinə görə sırf, tam unitar dövlət olması şərtindədir. Azərbaycan xalqı heç cənub-şimala bölünməsini, 300 ildə həzm edə bilmədi, 3 əsrdir birləşmə, bütövləşmə hayqırır. Ermənistan ərazisində kağız üzərində xəyali bir “İrəvan dövləti” elan ediblər, cəmiyyət kükrəyir! Ona görə də bizim ölkə, xalqa “muxtar”lar əsla lazım deyil. Yaxın tarixdə, “muxtar”ın birisi artıq əyani olaraq özünü göstərdi. Naxcıvan bölgəsi, xalqı əsil-köklü canımız, Azərbaycanımızdır. Düşünürəm ki, Azərbaycana da birbaşa heç bir inzibati-bürokratik “vasitəçisiz” də birləşməlidir.  Bu, “muxtar dövlət respublika” əksinə, ayırıcıdır mərkəzdənqaçıcı və eynilə, izafi büdcə xərclidir. Dövlət, respublika nədir? ABŞ-da 50 ştatın çoxusu çox ölkələrdən də böyükdür, heç onlara belə “dövlət”, “respublika” kimi adlar verilməyib! Bir rayon boyda bölgənin naziri, Məclisimi olar?”

Tarix: 24 Noyabr 2022, 14:51   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin