BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Professor: “Tez-tez fikir səslənir ki, bəzi oğlan uşaqlarının davranış formasında əks cinsə oxşarlıq müşahidə edilir...”

Son zamanlar tez-tez belə bir fikir səslənir ki, bəzi oğlan uşaqlarının danışıq, davranış və ünsiyyət formasında əks cinsə oxşarlıq müşahidə edilir. Bu cür məlumatlar Covid 19 bəlasının acı həqiqətləri səbəbindən, mənən tükənmiş və ruhən sarsılmış xüsusən, valideyin olan insanlara yenidən ağrılı və sarsıntılı hisslər yaşadır. Əvvəla, insanların narahatlığının əsasında, Qərbdə bu kimi məsələlərə fərqli münasibətin olması durur (məsələn, eynicinslilərin evlənməsi). Bunu bəziləri, hətta “Şərqə intiqrasiya edən Qərb modeli” də adlandırırlar. Gen mutasiyasının nəticəsi kimi, əsasında hormonal disfunksiya duran bu durum, əslində ali svilizasiyaların 100 illərlə davam edən, son mərhələsində önə çıxır (məsələn, antik dövrdə Yunanıstanda olduğu kimi) və yeni dövrün başlanması ilə sporodikləşir. Odur ki, bu halı konkret məkanla bağlamaq düzgün deyil.

 

Pravda.az-ın xəbərinə görə, bunu professor Musa Qənilyev bildirib.

 

M.Qəniyev qeyd edib ki, Qərb modeli, Şərq və ya Qərb anlayışı kimi deyimlər eyni dərəcədə mənasız, əsassız və səhv fikirdir: “Bu hormonal disfunksiyadır, tamamilə fərqli yanaşma, interperetasiya və təhlil tələb edir. Bəzi oğlan uşaqlarında müəyyən yaş dövründə müşahidə edilən və valideyinlərin narahatlığına səbəb olan hal isə, hormonal aktivliyin modulyasiyasıdır. Yəni patoloji proses deyil. Fizioloji kənaraçıxma kimi dəyərləndirilən bu halın əsasında, zülali qidalanmada hormonal tənzimin pozulması durur (məsələn, heyvandarlıq və quşçuluq təsərrüfatlarında, hormonlarla zənginləşdirilmiş zülal tərkibli yemlərdən nəzarətsiz istifadə və s.). Müxtəlif yarımfabrikat, enerjili içkilər, “fastfood” və s. qidalara normativə tam əməl olunmayan E120,  E621,  E250  və s. kimi fərdi indeksli iştah və dad artırıcı əlavələr də bura aiddir. Uşaq orqanızmində hormonların dəyişim nisbəti, fizioloji tarazlıq halına, ilkin yetkinlik yaş dövründə, yəni təbii dinamik fərqlilik nisbətinə qədəm qoyduqda, tam bərpa olunur. Odur ki, bəzi oğlan uşaqlarında müşahidə olunanlar, yalnız geri dönüşlü müvəqqəti hal və ya fizioloji pozğunluqdur. O, xüsusi narahatlığa səbəb olacaq, heç bir ciddi patologiyadan xəbər vermir. Buna görə valideyinlər qorxu, stress və gərginlik hissi keçirməməlidir. Yalnız uşaqları qorumalı, qüruruna toxunmamalı, özünə qapanmaya imkan verilməməli, bunun müvəqqəti bir hal olduğunu həm özləri anlamalı, həm uşağa, həm də yaxın ətrafa anlatmalıdırlar. Başqa sözlə, bunun, yuxarıda dediyim svilizasiya dönəmilə bağlılığı yoxdur. Yəni bu hal nə xəstəlik, nə də patoloji proses deyildir. İndi isə, insanların məlum səbəbdən qorxduğu xəstəlik barədə. Əksəriyyətin adlarla adlandırdığı patoloji hal, müstəqil nozoloji vahiddir. O, X xromosomu, yəni ana xəttilə (bu cür qadınlarda cinsi istəkdə müəyyən fərqlilik olur) nəsildən-nəsilə verilən, irsi genetik xəstəlikdir. Çünki oğlan uşaqları X xromosomunu anadan alır və ana xətti oğlanlarda daha güclü olur. Odur ki, ana tərəfdə məlum xəstəlik varsa, dünyaya gələcək oğlan uşaqlarının daşıyıcı olma ehtimalı yüksəkdir, lakin mütləq deyil. Çünki bu xəstəlik cəmi 3 nəsil davam edir. İlkin mənbədə bu gen inaktivdir. Bizim gördüyümüz aktiv faza 2-ci nəsildə olur. 2-ci nəsildə X xromosomunu ana xəttilə alan, onun qaşıyıcı və ötürücüsü olan qız uşaqlarında isə, bu gen telomer itkisi səbəbindən 50:50 faiz nisbətində inaktivləşərək, növbəti 3-cü nəslə, remissiv şəklə ötürülür. Nəticədə, anaya münasibətdə 2-ci, əslində 3-cü nəsil sayılacaq, doğulan oğlan uşaqlarında, bu xəstəliyin baş vermə ehtimalı sıfr faiz nisbətinə olur. Yəni bu cür şəxslərə görə də gələcək nəsil üçün xüsusi naraharlığa əsas yoxdur. Çünki əksər gen patologiyalarından fərqli olaraq bu xəstəlik əbədi deyil. Biz onun aktivlik halını yalnız 2-ci nəsildə görürük. İstər bu, istərsə də digər xəstəlikdən qorunmağın əsas yolu, təbiətin mütləq qanunları, xüsusən, əksikliklərin vəhdətini (gecə-gündüz, yaxşı-pis, qadın-kişi və s. kimi) mövcudiyyətin təməl əsası kimi qəbul edib, ona tabe olmaq və əməl etməkdir. Yalnız bu halda “abnormal” hal və xəstəliklərdən sığortalanmış olarıq”.

 

Kənan

Tarix: 24 Noyabr 2022, 15:23   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin