BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev: "Azərbaycan və Liviya həmişə bir-birinə dost olub və maraqlarını müdafiə ediblər"

"Azərbaycan və Liviya həmişə bir-birinə dost olub və maraqlarını müdafiə ediblər".

 

Pravda.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 24-də Liviyanın Azərbaycandakı yeni səfiri Ali Salem Naserin etimadnaməsini qəbul edərkən deyib.

 

Dövlət başçısı bildirib ki, Azərbaycan və Liviya həmişə bir-birinə dost olub və maraqlarını müdafiə ediblər. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərlə bağlı qarşılıqlı dəstək nümayiş etdirirlər.

 

Prezident İlham Əliyev vurğulayıb ki, həm işğal dövründə, həm də işğaldan sonra Ermənistan-Azərbaycan məsələsi ilə bağlı ölkəmiz həmişə Liviyanın dəstəyini görüb. Bu dəstəyin, eyni zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də olduğunu deyən dövlət başçısı buna görə Liviya tərəfinə təşəkkürünü bildirib.

Tarix: 24 Noyabr 2022, 15:31   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin