BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Abutalıb Səmədov: “Paşinyan bu dəfə işini ehtiyatlı tutdu, Putini təyyarədən enən kimi şəxsən salamladı”

“Bu ilin sentyabr və oktyabr aylarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onlayn formatda novbədənkənar iclaslarını çağıran və bu hərbi ittifaqı Azərbaycana qarşı qoymaq istəyən, heç olmasa onun müəyyən yardımını “qopartmaq” istəyən Nikol Paşinyan heç nəyə nail ola bilmədi. Bu istiqamətdə növbəti addım Paşinyanın KTMT-yə sədrliyinin son günündə İrəvanda - Təşkilatın növbəti iclasında atıldı və Putin-Paşinyan ittifaqı öz hədəfinə çata bilməyərək, ağır şok yaşadı. Hər şeydən əvvəl qonaqların qarşılanma mərasimində yol verilən ayrıseçkilik Ermənistan hakimiyyətinin yaltaq və riyakar mahiyyətini ortaya qoydu. Rusiya Prezidenti Vladimir Putinin 2019-cu ildə baş tutan səfəri zamanı onu hava limanında qarşılamayan Paşinyan bu davranışının nəticələrini tezliklə hiss etdi və həmin səfərdən keçən 3 il ərzində dəfələrlə Rusiya lideri tərəfindən aşağılandı…”

 

Bu sözləri Pravda.az-a Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov ötən gün İrəvanda keçirilən KTMT sammiti barədə danışarkən deyib.

 

O bildirib ki, İkinci Qarabağ müharibəsində Ermənistanın Rusiyadan istədiyi köməyi ala bilməməsinin əsas səbəblərindən birinin Paşinyanın bu addımının olduğu erməni siyasətçiləri tərəfindən dəfələrlə irəli sürüldü və kəskin şəkildə tənqid olundu:

 

“Görünür, bu dəfə məqsədinə nail olmaq üçün işini ehtiyatlı tutan Paşinyan Putini təyyarədən enən kimi şəxsən salamladı və sammitin keçirildiyi otelə Rusiya Prezidentinin maşınında onunla birgə getdi. Digər dövlət başçıları üçün fərqli protokol tətbiq olundu və bu “qonaqpərvərliyin” onları hiddətləndirməməsi mümkün deyildi. Nəticədə, təşkilati məsələlərlə əlaqədar xeyli əhəmiyyətsiz sənəd imzalansa da, sammitin əsas sənədləri - bəyannamə və Ermənistana yardım barədə birgə tədbirlər haqqında - imzalanmadı. Rusiya KTMT-nin nüfuzunu qorumaq üçün müttəfiqlərini nə qədər dilə tutsa da, heç nəyə nail ola bilmədi. Nəticəsiz yekunlaşan bu sammit Azərbaycanın nüfuzunun və gücünün hansı səviyyədə olduğunu bir daha hamıya nümayiş etdirdi”.

 

A.Səmədov deyib ki, Rusiya və Ermənistan Soçi görüşündən sonra daha bir diplomatik uğursuzluğu bu dəfə Ermənistan paytaxtında yaşadı:

 

“Son dövrlər reallıq hissini itirən bu iki dövlət aldıqları növbəti “dərs”dən zəruri nəticə çıxaracaqlarmı? Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında vasitəçiliyi nəyin bahasına olursa-olsun, əldən vermək istəməyən Rusiya tutduğu yanlış yoldan çəkiləcəkmi? Rusiyanın vasitəçiliyini dəstəklədiyini açıq şəkildə bəyan edən, bu davranışı ilə ABŞ və müttəfiqlərini hiddətləndirən Paşinyan Ermənistanı növbəti fəlakətə sürüklədiyini anlayacaqmı? Nəhayət, sammit ərəfəsində onunla telefonla danışan və Baş nazirə çox ciddi “qulaqburması” verən ABŞ dövlət katibinin bu xəbərdarlığı öz nəticəsini verəcəkmi? Bütün bu sualların cavabı yaxın aylarda veriləcək. İlin sonuna qədər bizi diplomatiya cəbhəsində ciddi işlər, sınaqlar gözləyir. Bu ağır mübarizədən qalib çıxmaq üçün ölkəmizdə mövcud olan sabitliyi və birliyi qorumalı və ölkə rəhbərliyinin yanında olaraq ona hər cür dəstəyi verməliyik”.

 

Aytəkin Qardaşova

Tarix: 24 Noyabr 2022, 15:40   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin