BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Qazaxıstan XİN rəhbərlərinin görüşü üçün Aktauya getdi

25 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak məqsədilə Qazaxıstanın Aktau şəhərinə səfərə gedib.

 

Pravda.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat idarəsi məlumat yayıb.

 

27 iyun 2022-ci il tarixində Bakı şəhərində keçirilmiş birinci görüşün davamı kimi bu platformanın məqsədi qeyd olunan ölkələr arasında nəqliyyat, tranzit, kommunikasiya, ticarət və bir sıra digər istiqamətlərdə əlaqələndirilmiş əməkdaşlığın inkişafına töhfə verməkdir. Aktau görüşündə Gürcüstan nümayəndə heyətinin də iştirakı nəzərdə tutulub.

Tarix: 25 Noyabr 2022, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin