Bakı Apellyasiya Məhkəməsində "Kapital Bank"dan külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Pakistan vətəndaş Abbas Moazzamın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırlatma: 1996-cı il təvəllüdlü Abbas Moazzamın cinayət işi üzrə ittiham aktına qeyd edilib ki, o, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamayıb.
Belə ki, Abbas Pakistan vətəndaşı olan qrupun digər üzvü və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib. Bu məqsədlə 2022-ci ilin yanvar ayının əvvəllərindən etibarən qrupun digər üzvü ABŞ, Kanada, Honq-Konq və Kolumbiya banklarının müştərilərinə aid bank kartı məlumatlarını qanunsuz əldə edərək həmin hesablarda olan pul vəsaitlərinə ölkə ərazisində müxtəlif saat və cihazların satışını həyata keçirib, hesabları isə “Kapital Bank” ASC-də açıblar. Həmin bank tərəfindən xidmət göstərilən “saatstore.az”, “alinino.az”, “apple-azerbaıjan.az”, “e-alver.az”, “mgstore.az”, “myshops.az” adlı və digər internet dükanlarından qol saatı, mobil telefon, simsiz qulaqlıqlar, notbuk, makbuk, planşet, oyun aparatı, videokamera və s. elektronika mallarının onlayn qaydada alışını etdikdən sonra Abbas qrupun digər üzvləri ilə aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə əsasən onlayn satış həyata keçirən dükanların kuryer xidmətlərindən məhsulları Bakı şəhərində müxtəlif ünvanlarda qəbul etməklə səyyar qaydada nağd pula satışını həyata keçirib.