Braziliyanın Lajeadu-du-Buqre şəhərinin (Riu-Qrandi-du-Sul ştatının cənubu) meri Roberto Masiel duş Santuş cümə axşamı iş yerində güllələnib.
Bu barədə "Folha de S.Paulo" qəzeti məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, yerli vaxtla saat 11:00 radələrində (Bakı vaxtı ilə saat 20:00) maskalı silahlı şəxs məmurun ofisinə soxularaq orada olan şəhər administrasiyasının əməkdaşına atəş açıb. Cinayətkar bundan sonra avtomobillə naməlum istiqamətə gedib.