Ali Məhkəmədə təqsirləndirilən Faiq Abdullazadə və onun qardaşı Fərid Abdullazadənin barəsindəki hökmdən verilən kassasiya protesti və kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrlik etdiyi prosesdə qərar elan olunub.
Qərara əsasən, həm protest, həm də şikayət təmin olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qardaşların vəkili apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qardaşlar barəsində bəraət hökmü çıxarıb. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, iş üzrə zərərçəkmiş qismində tanınan Vüsalə Atayeva hüquq-mühafizə orqanlarına şikayətində bildirib ki, keçmiş həyat yoldaşı Faiq Abdullazadə qardaşı Fərid Abdullayev ilə əlbir olaraq onun etibarından sui-istifadə edib, müxtəlif vaxtlarda ümumilikdə 191 950 manat pulunu ələ keçirib.
Kamal Məmmədov